EN

Minsk ABŞ-ın Ukraynaya piyada əleyhinə minalar vermək qərarını güc balansının pozulması adlandırıb

ABŞ hakimiyyətinin Ukraynaya mina tədarük etmək qərarı dünyada güc balansını pozur.

NOCOMMENT.az xəbər verir ki, bunu Silahlı Qüvvələrin Baş Qərargah rəisi – Belarus müdafiə nazirinin birinci müavini Pavel Muraveyko deyib.

“Güclər balansının daha bir pozulması, istifadə oluna bilən silahların artmasıdır”, – deyə o vurğulayıb.

Bundan əvvəl “The Washington Post” bildirmişdi ki, Amerikanın hazırkı prezidenti Co Bayden Kiyevə piyada əleyhinə minaların tədarükünə icazə verib.

Daha sonra Pentaqon təsdiq edib ki, ABŞ administrasiyası Ukraynada piyada əleyhinə minalardan istifadəyə icazə verib.

Chosen
4
1
nocomment.az

2Sources