Məşhur insayder Fabrizio Romano “Barselona”nın 2 afrikalı super istedad, İbrahim Kaka Diarra və Arouna Traore ilə müqavilə bağladığını təsdiqlədi.
Futbolpress.az xəbər verir ki, hər iki futbolçu eyni futbol akademiyasından, Malidəki “Academie Africa Foot”dan transfer olunub. Onlar Barselonaya çatanda dərhal “La Masia”ya qoşulacaqlar.
Ləqəbi braziliyalı əfsanə Kakadan ilhamlanan İbrahim Diarra sağ cinah oyunçusudur və yarımmüdafiədə də oynaya bilir. 17 yaşlı gənc “La Masia”nın növbəti böyük ulduzu ola bilər. Arouna Traorenin də 17 yaşı var və öz yaşının ən güclü hücumçularından biri hesab olunur.
Romano hər iki gəncin bu gün Barselonaya gedəcəyini bildirib.