Avropa Parlamenti (AP) növbəti beş il üçün yeni Avropa Komissiyasının bütün 26 komissarını təsdiqləyib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə öz mənbələrinə istinadən “Politico” məlumat yayıb.
Nəşr qeyd edib ki, deputatlar Avropa Komissiyasının altı icraçı vitse-prezidentinə, eləcə də Macarıstandan olan Avropa komissarına nəzarət etməyə başlayanda proses ləngiyib. Amma sonda o, yeddisini də təsdiqləyib.