EN

ABŞ-da təhsil alan azərbaycanlı tələbələrin sayında artım qeydə alınıb

Bakı. Trend:

Ardıcıl ikinci il ABŞ-da təhsil alan azərbaycanlı tələbələrinsayında əhəmiyyətli artım qeydə alınıb.

Trend bu barədə ABŞ DövlətDepartamentinə istinadən xəbər verir.

ABŞ-ın Azərbaycandakı səfirliyi bildirir ki, 2023-2024-cü tədrisili ərzində ABŞ-da 1130 azərbaycanlı təhsil alır. Bu, əvvəlki illəmüqayisədə 25,4 faiz artım deməkdir. Bu münasibətlə səfirlik Bulvarərazisində yerləşən COP29 İnformasiya Məntəqəsində azərbaycanlıtələbələrin nailiyyətlərini qeyd etmək üçün xüsusi tədbir təşkiledib.

Tədbirdə çıxış edən ABŞ səfiri Mark Libbi bildirib: "Aydındırki, Amerika Birləşmiş Ştatlarında təhsil almağı qarşısına məqsədqoyan azərbaycanlılar getdikcə daha çox uğur qazanırlar. ABŞdünyanın hər yerindən gələn 210-dan çox ölkə və regionun tələbələriüçün ən cəlbedici təhsil məkanıdır."

Səfirlik qeyd edib ki, ABŞ 1,126,690 beynəlxalq tələbə iləbeynəlxalq təhsil üçün qlobal miqyasda ən yaxşı istiqamət kimitanınır. Beynəlxalq tələbə mobilliyi diplomatiya, innovasiya,iqtisadi rifah və milli təhlükəsizlik baxımından mühüm roloynayır.

ABŞ Dövlət katibi Antoni Blinken isə bildirib: "Beynəlxalqmübadilələr kritik məsələlərdə əməkdaşlıq etməyimizə kömək edənyeni əlaqələr yaradır... Buna görə də beynəlxalq təhsildiplomatiyamızın və milli təhlükəsizliyimizin vacibhissəsidir."

Ətraflı məlumat Beynəlxalq Təhsil Mübadiləsi üzrə illikAçıq Qapılar Hesabatında mövcuddur. Bu hesabat BeynəlxalqTəhsil İnstitutu (IIE) tərəfindən hazırlanıb və ABŞ ilə beynəlxalqtələbə mobilliyinə dair ətraflı məlumat təqdim edir. Hesabat,Beynəlxalq Təhsil Həftəsi (18-22 noyabr 2024-cüil) çərçivəsində ABŞ Dövlət Departamenti və ABŞ TəhsilDepartamentinin birgə təşəbbüsü ilə dərc edilib. Hesabatı opendoorsdata.orgsaytından əldə etmək mümkündür.

ABŞ-da təhsil imkanları, o cümlədən təqaüdlər barədə daha çoxməlumat əldə etmək istəyən tələbələr və valideynlər aşağıdakıresurslardan faydalana bilərlər:

EducationUSA ABŞ Dövlət Departamentininbeynəlxalq tələbə məsləhət mərkəzlərinin qlobal şəbəkəsidir. Şəbəkəödənişsiz xidmət göstərir və ABŞ-da akkreditə olunmuş təhsilmüəssisələrində təhsil almaq imkanları haqqında dəqiq, əhatəli vəyenilənmiş məlumat təqdim edir. Bununla da dünya üzrə tələbələrəABŞ ali təhsilini təbliğ edir.

Chosen
52
1
az.trend.az

2Sources