UEFA Apellyasiya Komitəsi Millətlər Liqasının C Liqasının 2-ci qrupunun 5-ci turunda Rumıniya ilə oyunda Kosovo millisinə texniki məğlubiyyət verilməsi barədə qərar qəbul edib.
Bu barədə qurumun rəsmi saytında məlumat verilib. Qərara əsasən, Kosovo komandasına matçda texniki məğlubiyyət və 6 min avro cərimə kəsilib, Rumıniya yığması isə 128 min avro cərimələnib və növbəti ev matçını da azarkeşsiz keçirəcək.
Xatırladaq ki, Kosovo millisi ikinci hissÉ™dÉ™ meydan sahiblÉ™rinin azarkeÅŸlÉ™ri serb tÉ™rÉ™fdarı şüarlar sÉ™slÉ™ndirmÉ™yÉ™ baÅŸlayandan sonra meydanı tÉ™rk edib. Kosova meydana qayıtmaqdan imtina edib vÉ™ bir saat sonra baÅŸ hakim oyunu bitirmÉ™k qÉ™rarına gÉ™lib. Â