EN

ABŞ-nin Kiyevdəki səfirliyi sabah fəaliyyətini bərpa edəcək – Yenilənib


Mümkün təhlükəsizlik təhdidlərinə görə bağlanan ABŞ-nin Kiyevdəki səfirliyi noyabrın 21-də normal fəaliyyətini bərpa edəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə jurnalistlər üçün keçirilən brifinqdə Amerika Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bildirib.
"Biz gördük ki, bu gün səhər səfirlik Kiyevə mümkün ciddi hücum təhlükəsi ilə bağlı xəbərdarlıq edib. Biz bunu çox ciddi qəbul edirik. Bu da səfirliyin iş saatlarının müvəqqəti dəyişməsinə səbəb olub. Biz gözləyirik Səfirlik sabah normal fəaliyyətə qayıdacaq, mən təhlükənin təfərrüatlarına girə bilmərəm, lakin biz bunu hər zaman yaxından izləyirik”, - diplomat bildirib.

***12:44
ABŞ-nin Kiyevdəki səfirliyi potensial hava hücumu təhlükəsi ilə əlaqədar bağlanacağını açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu məlumat səfirliyin saytında yerləşdirilən bəyanatda öz əksini tapıb.
“Ehtiyat tədbiri olaraq, səfirlik bağlanacaq və səfirliyin əməkdaşlarına sığınmağa hazır olmaq tapşırılacaq”, - bəyanatda qeyd edilib.
Chosen
19
yeniavaz.com

1Sources