EN

Trampın bu cəhəti Avropanı qorxudur

ABŞ prezident seçkilərində qələbə çalan Donald Tramp “həmişə strateji qeyri-müəyyənliklə gəlir”.

Bakupost.az "MK"-ya istinadən xəbər verir ki, bu bəyanatla çərşənbə günü Litvanın müdafiə naziri Laurinas Kasçyunas çıxış edib.

Litvalı siyasətçi Newsweek-ə verdiyi müsahibədə vurğulayıb ki, Trampın bədnam strateji qeyri-müəyyənliyi onun modus operandisidir (latın dilindən tərcümədə "hərəkət tərzi").

NATO-nun keçmiş iqtisadi məsləhətçisi Edvard Hanter Kristi öz növbəsində, Avropanın Trampın ikinci prezidentliyindən qorxduğunu, onun seçkilərdə qələbəsinin əksər Avropa ölkələri üçün “pis sürpriz” olduğunu deyib.

Zaur, BakuPost
Chosen
16
bakupost.az

1Sources