EN

ABŞ bu qətnaməyə yenə veto qoydu

ABŞ BMT Təhlükəsizlik Şurasının Qəzzada dərhal atəşkəs tələb edən qətnaməsinə dördüncü dəfə veto qoyub.

OXU24.COM  xəbər verir ki, qətnamə layihəsi səsverməyə çıxarılıb. Qəzzada dərhal atəşkəs, məhbusların azad edilməsi və humanitar böhranın qarşısının alınmasının tələb olunduğu qətnamə layihəsinə ABŞ yenə veto qoyub, digər 14 üzv ölkə qanun layihəsinin lehinə səs verib.

ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin müavini Robert Vud bildirib ki, israilli əsirlər azad edilmədən ABŞ qeyd-şərtsiz atəşkəs tələbini dəstəkləməyəcək. Onun sözlərinə görə, qətnamə layihəsi qəbul olunsa, HƏMAS-ın danışıqlar masasına oturması üçün heç bir təşəbbüsü olmayacaq.

Qeyd edək ki, layihəni 15 üzvdən ibarət BMT Təhlükəsizlik Şurasının 10 seçilmiş üzvü: Əlcəzair, Ekvador, Qayana, Malta, Mozambik, Cənubi Koreya, Sierra Leone, Sloveniya və İsveçrə təqdim etmişdi.

Chosen
12
10
oxu24.com

10Sources