Birləşmiş Ştatlar “American Starship” sisteminin altıncı sınağını keçirib. Kosmik gəmi Texasın cənub-şərqindəki “Starbase” buraxılış meydançasından “Super Heavy” raketi ilə orbitə buraxılıb.
Yer ətrafında bir orbitdən sonra insanla idarə olunan kosmik gəmi orbitdən çıxıb və Avstraliya yaxınlığında Hind okeanına eniş edib. Bu barədə “SpaceX” tərtibatçı şirkəti məlumat verib.
Eyni zamanda “Super Heavy” Meksika körfəzindəki buraxılış qurğusuna da qayıdıb.
“Sınaq uğurlu alındı”, – şirkət qeyd edib.
İlon Maskın sözlərinə görə, “Starship” kosmik gəmisi gələcəkdə bəşəriyyəti yox olmaqdan xilas edəcək.
Nubar Süleymanova, “İki sahil”