Bakı. Trend:
Bu gün Şirvan şəhərinin bəzi ərazilərində qaz təchizatındafasilə yaranacaq.
Trend xəbər verir ki, bubarədə Salyan Regional Qaz İstismarı İdarəsindən məlumatverilib.
Bildirilib ki, "Azəriqaz" İB-nin razılıq məktubuna əsasənvətəndaşa məxsus həyətyanı sahənin qarşısından keçən, diametri 76mm-lik qaz xəttinin podratçı təşkilat tərəfindən yerinindəyişdirilməsi məqsədilə əlaqədar olaraq, noyabrın 21-i saat14:00-dan etibarən işlər yekunlaşanadək Şirvan şəhəri T.İsmayılovküçəsinin bir hissəsi, Kənd yaşayış massivinin bir hissəsi vəF.Cavadov küçəsində (ümumilikdə 880 abonent) qaz təchizatınındayandırılması planlaşdırılır.