Gənc və potensiallı bir hücum oyunçusunu transfer etməyi planlaşdıran "Liverpool" hərəkətə keçib.
"Operativ Məlumat Mərkəzi-OMM" "RMC Sport"a istinadən xəbər verir ki, "Liverpool" Rayan Çerki ilə maraqlanır.
İngiltərə nəhəngi 21 yaşlı futbolçunu transfer etmək istəyir.
Əlcəzair əsilli futbolçu üçün "Lyon" 30-35 milyon avro tələb edir.
Bu mövsüm "Lyon" forması ilə 11 oyunda iştirak edən Çerki 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.