EN

Bu ölkə 12 ildən sonra Suriyaya səfir təyin etdi

İtaliya 10 ildən artıq davam edən fasiləyə son qoyaraq Suriyaya səfir göndərib.

Teleqraf.com xəbər verir ki, bu barədə İtaliya Xarici İşlər Nazirliyi “X” sosial şəbəkəsində məlumat yayıb.

Diplomatik missiyaya əvvəllər İtaliya XİN-də Suriya böhranı üzrə xüsusi nümayəndə vəzifəsində çalışmış Stefano Ravanyan rəhbərlik edib.

“Dəməşqdəki işimə, böhranın mürəkkəbliyini və İtaliyanın verə biləcəyi töhfəni dərk edərək, şövqlə başlayıram”, - səfir bildirib.

Qeyd edək ki, İtaliyanın Suriyadakı səfirliyi 2012-ci ildə təhlükəsizlik məqsədilə boşaldılıb, lakin rəsmi olaraq bağlanmayıb. İtaliyanın xarici işlər naziri Antonio Tayani Avropanın regionda mövcudluğunun gücləndirilməsinin və digər ölkələrin onu inhisara almasının qarşısının alınmasının vacibliyini vurğulayıb.


Müəllif: Teleqraf.com
Chosen
20
10
teleqraf.com

10Sources