Məşhur braziliyalı aparıcı və jurnalist Ana Mariya Braqa G20 Sammitinin canlı yayımı zamanı diqqətçəkən səhvə yol verib. Metbuat.az xəbər verir ki, aparıcı G20 Sammitinin keçirildiyi Rio-de-Janeyroda protokol tədbirlərini təqdim edərkən ABŞ Prezidenti Co Baydeni “Bin Laden” adlandırıb. Aparıcı, "Bir sıra rəsmi fotoşəkillər, Fransa Prezidenti Emmanuel Makron və amerikalı həmkarı Bin Ladenlə nəzakətli əl sıxma", - deyə bildirib. Digər aparıcı isə onun səhvini düzəldib. Bundan sonra aparıcılar səhər saatlarında yayımlanan verilişlərin çətinliyindən danışaraq gülüblər. Qeyd edək ki, Rio-de-Janeyroda G20 Liderlərinin Sammiti keçirilib. G20 liderləri Rio-de-Janeyro görüşündən sonra bəyannamə qəbul ediblər.