EN

Doqquz ayda Azərbaycan ilə İtaliya arasında ticarət mübadiləsinin dəyəri 7,5 milyard dollar təşkil edib

Bakı. Trend:

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan ilə İtaliyaarasında ticarət mübadiləsinin dəyəri 7,5 milyard ABŞ dollarıtəşkil edib. Bununla da İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıolub.

Trend xəbər verir ki, bubarədə AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev COP29çərçivəsində İtaliyanın İnfrastruktur və Nəqliyyat Nazirliyi,İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi, İtaliyaTicarət Agentliyi (ITA), İtaliya Özəl Tikinti Assosiasiyası vəİtaliyanın Mühəndislik, Memarlıq və Texniki-İqtisadi KonsaltinqTəşkilatları Assosiasiyasının (OICE) təşkilatçılığı ilə keçirilən"SustainabITALY" adlı tədbirdə deyib.

Onun sözlərinə görə, ticarət əlaqələrimiz qeyri-ənənəvisahələrdə də inkişaf edir və bu il AZPROMO-nun təşkilatçılığı iləAzərbaycan şirkətləri İtaliyanın Rimini şəhərində ilk dəfə “Macfrut2024” beynəlxalq sərgisində “Made in Azerbaijan” vahid ölkəstendində məhsullarını nümayiş ediblər.

AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev bildirib ki, bu iloktyabr ayının 1-nə olan məlumata görə Azərbaycanda 100-dən çoxitalyan şirkəti aktiv fəaliyyət göstərir.

Chosen
85
az.trend.az

1Sources