EN

2025-2026-cı illərdə Çin iqtisadiyyatı ilə bağlı proqnozlar

Fins.az - "UBS" iqtisadçısı Tao Vanq bildirib ki, Çinin daxili tələbi stimullaşdırmaq üçün gördüyü tədbirlər ABŞ-ın Çin ixracatına tətbiq edə biləcəyi gömrük rüsumlarını qismən tarazlaşdıracaq.

Bildirilib ki, mümkün tarif şoku ev təsərrüfatlarının istehlakını dəstəkləyə və struktur islahatlarına təkan verə bilər. Xalis ixracın 2025-ci ildə 4%, 2026-cı ildə isə 3% böyüməsi gözlənilən Çin iqtisadiyyatı üçün 2026-cı ildə təzyiqlərin artacağı qeyd edirilir.

Çinin Milli İnkişaf və İslahat Komissiyasının sözçüsü Li Çao ölkə iqtisadiyyatının ilin sonuna doğru bərpa sürətini davam etdirəcəyini açıqlayıb. Çinin geniş siyasət alətləri dəstinin təsirli olmağa davam edəcəyini ifadə edən Çao, iqtisadi dirçəlişi dəstəkləmək üçün geniş bir alana sahib olduqlarının vurğuladı.

 

Chosen
52
fins.az

1Sources