EN

Ermənistanda 44 günlük müharibədə oğurlanan silah-sursatların bir qismi tapıldı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Ermənistanın paytaxtı İrəvanın Malatiya-Sebastiya rayonunda 44 günlük müharibə zamanı oğurlanan silah-sursatların bir qismi tapılıb.
Bu barədə Oxu.Az "Shamshyan.com"a istinadən xəbər verir.
Qeyd edilir ki, Daxili İşlər Nazirliyinin İctimai Polis Baş İdarəsinə 44 günlük müharibədən sonra cəbhədən gətirilən və bağa atılan silah və sursat barədə məlumat daxil olub. Polis əməkdaşları su kəməri yaxınlığında 1,5 km radiusda çoxlu sayda silah-sursatlar aşkarlayıblar.
Məlumata görə, 9 ədəd tapança, 9 tüfəng, 1 ədəd avtomat, 1 086 müxtəlif çaplı güllə, 21 qumbara, 11 partlayıcı maddə, habelə digər silah-sursat aşkarlanıb.
Faktla bağlı Malatiya-Sebastiya İnzibati Dairəsinin İstintaq İdarəsində cinayət işi başlanıb.
Chosen
16
6
oxu.az

10Sources