EN

“Ford” Avropada 4 min iş yerini ixtisar edəcək

“Ford”

Amerikanın avtomobil istehsalçısı “Ford” 2027-ci ilin sonuna qədər qənaət proqramı çərçivəsində Avropada 4 minə yaxın iş yerini ixtisar etmək niyyətindədir ki, onlardan 2,9 mini Almaniyadakı zavoddadır.

APA xəbər verir ki, bu barədə konsernin saytında məlumat dərc olunub.

Böyük Britaniyada təxminən 800, digər Avropa ölkələrində isə 300 iş yerinin ixtisar edilməsi planlaşdırılır. İxtisarların əksəriyyəti “Ford”un Köln zavoduna təsir edəcək.

“Ford” 2023-cü ildə minik avtomobilləri seqmentində əhəmiyyətli itkilərə məruz qaldı.

Bu itkilər istehsalın elektromobillərə yönləndirilməsinin yüksək xərcləri, ciddi ekoloji standartlar və Avropa avtomobil bazarında olan rəqabətlə əlaqələndirilir.

Chosen
29
4
xalqcebhesi.az

5Sources