Masallıda qətl törətməkdə təqsirləndirilən Aslan Ağazadənin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Neymət Məmmədovin icraatına verilib.
Qeyd: Bu il mayın 20-də saat 19 radələrində Masallı rayonu Yeddioymaq kəndi ərazisində 1971-ci il təvəllüdlü Seymur Alışanovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla rayonun Qasımlı kənd sakini 1994-cü il təvəllüdlü Aslan Ağazadənin aralarında yaranmış mübahisə zamanı odlu silahdan atəş açmaqla və bıçaqla xəsarətlər yetirərək həmkəndlisi Seymur Alışanovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, Aslan Ağazadə şübhəli şəxs qismində tutulub.
Kamal Məmmədov