EN

Azərbaycan 2025-ci ildə müdafiə xərclərini artıracaq » AzadMedia.az


Azərbaycan 2025-ci il dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərclərini əhəmiyyətli dərəcədə artırmağı planlaşdırır. 
Göstərilən addımlar Ermənistanın hərbi potensialının gücləndirilməsi və Ermənistanın hərbiləşdirilməsinə cavab verilməsi zərurəti ilə bağlıdır. Azadmedia.az xəbər verir ki, bu barədə Azərbaycanın maliyyə naziri Samir Şərifov parlamentin iqtisadi siyasətlə bağlı iclasında çıxışı zamanı deyib.

Maliyyə Nazirliyi rəhbərinin sözlərinə görə, 2025-ci ilin büdcə layihəsində müdafiə və milli təhlükəsizlik üçün ümumi dövlət xərclərinin 20,3 faizi və ya 8,396 milyard manat (4,94 milyard dollar) nəzərdə tutulub. Bu, 2024-cü ilin proqnozundan 1,27 milyard manat (747 milyon dollar) və ya 17,8%, 2023-cü ilin proqnozundan isə 2,542 milyard manat (1,495 milyard dollar) və ya 43,4% çoxdur.

“Azərbaycanın müdafiəsinin və milli təhlükəsizliyinin gücləndirilməsi, eləcə də hərbi quruculuğun modernləşdirilməsi xərclərin belə artırılması zərurətini doğurub”, - deyə nazir bildirib. 

Bildirilir ki, 2025-ci il üçün xərclərin strukturuna silahlı qüvvələrə 2 milyard 665,2 milyon (1,567 milyard dollar), milli təhlükəsizlik üçün 467 milyon 917 min (275,245 milyon dollar), sərhəd xidmətinə 540 milyon 314 min manat (317,831 milyon dollar) daxildir. Həmçinin müdafiə və milli təhlükəsizliklə bağlı digər fəaliyyətlərə 4 milyard 717,4 milyon manat (2 milyard 774,9 milyon dollar) nəzərdə tutulub. Bu xərclərin maliyyələşdirilməsi Azərbaycan Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin artırılması hesabına təmin ediləcək.

Bir müddət əvvəl xəbər vermişdik ki, Azərbaycan prezidenti İlham Əliyev “2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində dəyişiklik edilməsi barədə sərəncam imzalayıb. 
Chosen
4
1
azadmedia.az

2Sources