EN

Bakıda 59 yaşlı qadını maşın vurub

Bakıda
Bakının Xətai rayonunda 59 yaşlı qadın yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alıb. 1news.az xəbər verir ki, 1965-ci il təvəllüdlü Eyvazova Sevda Nazir qızı yolu keçərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək və qapalı kəllə-beyin travmaları diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Chosen
28
12
1news.az

5Sources