EN

“Qudyalçay” qum-çınqıl yatağında dövlətə və təbiətə ziyan vuran sahibkarın cəzası azaldıldı

Ali Məhkəmədə vəzifə səlahiyyətlərindən sui-istifadə, torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozmada və işlərin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi (qorunması) qaydalarını pozmada təqsirləndirilən Tahir Zərbəliyevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.  

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. 
 

Qərara əsasən, Sumqayıt Apellyasiya Məhkəməsinin çıxardığı qərar kassasiya şikayətinə münasibətdə dəyişdirilib. Belə ki, onun əməli Cinayət Məcəlləsinin 188.4.2-ci maddəsindən həmin Məcəllənin 188.1-ci maddəsinə tövsif edilib, onun cəzası m il 6 ay müddətinə azadlıqdan məhrumetmədən 3 il 6 aya endirilib. Tahir Zərbəliyevə elan edilmiş ittihamdan Cinayət Məcəlləsinin 308.2-ci maddəsi xaric olunub. 

 

İttihama görə, Tahir Zərbəliyev Quba rayonunun Qudyal çay hövzəsində yerləşən “Qudyalçay” qum-çınqıl yatağında qarışıq süxur emal etmək üçün fərdi sahibkarlıqla məşğul olub. O, 2013-cü ilin oktyabr ayından 10 mart 2022-ci il tarixədək olan müddət ərzində müxtəlif vaxtlarda çayın sol sahilində 3-4 metr, sağ sahilində 4-5 metr, orta istismar dərinliyi 4 metr ölçüdə qazıntı və istismar işləri aparıb, ümumilikdə 187 200 m3 həcmində qum-çınqıl xammalından ibarət qarışıq süxuru götürərək emal edib dövlətə və təbiətə vahid niyyətlə cəmi 583 128 manat məbləğində ziyan vurub.

 

Kamal Məmmədov

 

 

Tarix: 21 Noyabr 2024, 09:17   
Chosen
36
pravda.az

1Sources