EN

Pentaqon Ukraynaya 275 milyon dollar əlavə hərbi yardım göstərəcək

Pentaqon ABŞ Ukraynaya 275 milyon dollarlıq hərbi yardım paketi göndərəcəyini açıqlayıb.

Buraya HIMARS reaktiv yaylım atəşi sistemi üçün döyüş sursatları, 155 mm və 105 mm-lik artilleriya mərmiləri, pilotsuz təyyarələr, tank əleyhinə Javelin sistemləri və ehtiyat hissələri daxildir.

Ukrayna həmçinin 60 və 81 mm kalibrli minaatan mərmiləri, tank əleyhinə TOW raketləri, AT-4 sistemləri, mühəndis işləri üçün avadanlıq və kimyəvi, bioloji, radioloji və nüvə təhlükələrindən qoruyucu vasitələr alacaq. Bu, ABŞ prezidenti Co Bayden administrasiyası tərəfindən göndərilən 70-ci hərbi yardım tranşıdır.

Noyabrın 13-də ABŞ-ın dövlət katibi Entoni Blinken bildirib ki, Ağ Ev Ukraynaya yeni seçilmiş prezident Donald Trampın səlahiyyətlərinin icrasına başladıqdan sonra yanvarın 20-nə qədər Konqresin təsdiq etdiyi “hər dollar” vəsaiti çatdırmaq niyyətindədir.

Oxuməni.az

Chosen
13
oxumeni.az

1Sources