EN

Metanla mübarizə genişlənir

Hazırda iqlim dəyişikliyi sayəsində dayanıqlılığı təmin etməklə xüsusilə də metan qazının yayılmasının qarşısının alınması istiqamətində bütün imkanlardan istifadə etmək zəruridir. Bu fikir COP29 Prezidentliyinin dünən keçirdiyi mətbuat konfransında səsləndirilib. COP29-un baş danışıqçısı, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev bildirib ki, əvvəllər keçirilmiş iqlim sammitlərində bu istiqamətdə müəyyən nəticələr əldə olunub.

Onun sözlərinə görə, hazırda Azərbaycan da daxil olmaqla, 160 ölkə bu zərərli qazın yayılmasının qarşısının alınması təşəbbüsünə qoşulub. Bu öhdəliyin icrası üçün metan tullantılarının yayılmasına rəvac verən bütün mənbələrin diqqətlə nəzərdən keçirilməsinin vacibliyini diqqətə çatdıran Y. Rəfiyev bildirib ki, hazırda SOCAR da daxil olmaqla 50 şirkət neft və qazın dekarbonizasiyası üzrə təşəbbüsə qoşulub.

Baş danışıqçı deyib ki, 2022-ci ildə qida tullantıları atmosferə buraxılan istixana qazlarının 110 faiz təşkil edib. “Bu günə olan məlumata görə, 30-dan çox ölkə artıq metan qazı tullantılarının məhdudlaşdırılması haqqında bəyannaməyə qoşulduğunu elan edib. Onların arasında bu növ tullantıların atılması həcminə görə ilk 10 ölkə sırasında yer alan dövlətlər var. Sözügedən sənəd cari ildə bu sahədə görülə biləcək daha geniş spektrli tədbirləri müəyyən edir”, – deyə o əlavə edib.

Chosen
23
xalqqazeti.az

1Sources