EN

Həssas qrupların COP29-a yaradıcılıq töhfəsi

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi tərəfindən COP29-un Yaşıl Zonasındakı “Art Pavillion”da təqdim edilən sərgi ilə tanış olublar.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Mərkəzdə sosial cəhətdən həssas qrupların yaradıcı potensialının inkişaf etdirilməsi üçün aparılan işlər barədə məlumat verib.

Bildirilib ki, sərgidə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi və “DOST Evi” filialının həssas əhali qruplarına aid benefisiarları və təlimçilərinin 50-dən çox əl işi nümayiş etdirilir.

Əl işləri sırasında yaşıl dünyaya, ətraf mühitin mühafizəsinin, təbiəti qorumağın vacibliyinə həsr olunmuş sənət nümunələri də yer alıb.

Leyla Əliyeva və Arzu Əliyeva Mərkəzin DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin əlilliyi olan şəxslərdən ibarət benefisiarlarının ifasında təqdim edilən konsert proqramını da izləyiblər.

Müslüm Müslümzadə, Səbinə Əsgərova, Xaliq Şərifov, Səməd Novruzov, Nurlan Əhmədov, Fərid Abdullayev tərəfindən Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri ifa olunub.

Təqdim edilən sərgi və konsert proqramı böyük maraqla qarşılanıb.

Sonra Leyla Əliyeva və Arzu Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarları ilə görüşərək onlarla söhbət edib, xatirə şəkilləri çəkdiriblər.

Chosen
15
49
xalqqazeti.az

10Sources