EN

Tbilisi Bakının iqlim təşəbbüslərini fəal dəstəkləyir

“Bakıda davam edən BMT-nin iqlim dəyişikliyi konfransı nəinki Gürcüstanın, eləcə də regionun həyatında xüsusi önəmli hadisədir. Hökumət həm daxili, həm də xarici siyasətində belə qlobal hərəkatları dəstəkləyir və bu gün Bakının yanındadır”. Bu fikiri telefon əlaqəsində Gürcüstan Azərbaycanlıları Ağsaqqallar Şurasının sədri, Gürcüstan parlamentinin keçmiş deputatı İsaq Novruzov COP29 konfransının əhəmiyyətini dəyərləndirərkən söylədi.

Soydaşımız qeyd etdi ki, vaxtilə Gürçüstanın energetika sistimini quranlardan və bu işə rəhbərlik edənlərdən biri kimi deyə bilərəm ki, bu ölkə enerji ehtiyatlarının böyük hissəsini bərpaolunan mənbələrdən almağa çalışır. Xüsusilə hidroelektrik stansiyalarının inşası və günəş enerjisi kimi alternativ enerji mənbələrinin genişləndirilməsi qlobal iqlim təhlükəsizliyinə xidmət edir.

Eyni zamanda, son bir neçə ildə Gürcüstanda sənaye və nəqliyyat sektorlarında karbon emissiyalarını azaltmaq üçün yeni texnologiyaların tətbiqinə başlanıb. Bununla yanaşı, ölkə elektrik avtomobillərinin yayılmasını dəstəkləyən proqramlar hazırlayıb və bu layihə uğurla həyata keçirilir.

İndi təbii ekosistemlərin qorunması xüsusi əhəmiyyət kəsb edir. Gürcüstan ətraf mühitin davamlı idarə olunmasına xüsusi diqqət yetirir. Bu layihələr həm yerli flora və faunanın, həm də ekosistem xidmətlərinin davamlılığını təmin etməyə yonəlib. Gürcüstan iqlim dəyişikliyinə qarşı mübarizəyə töhfə vermək məqsədilə regional və beynəlxalq təşkilatlarla daha sıx əməkdaşlıq edir. Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin COP29-da fəal iştirakı da bunu bir daha təsdiqləyir. COP29 kimi beynəlxalq tədbirlər ölkələr arasında təcrübə mübadiləsini və birgə layihələrin həyata keçirilməsini stimullaşdırır.

Azərbaycanın iqlim böhranına qarşı apardığı mübarizə və bu sahədə atdığı addımlar regionda və dünyada ekoloji tarazlığın bərpası baxımından çox önəmlidir. Gürcüstan hökuməti qlobal iqlim siyasətini gücləndirir və bu yöndə beynəlxalq əməkdaşlıqda maraqlıdır. COP29 konfransı bu istiqamətdə regional irəliləyiş üçün də zəmin yaradır. Cənubi Qafqazın 2 dost ölkəsinin iqlim dəyişikliyi ilə mübarizədə birgə fəaliyyəti üçün geniş meydan açılıb.

Chosen
16
xalqqazeti.az

1Sources