EN

Santuşun ən biabırçı məğlubiyyəti

UEFA Millətlər Liqasında Estoniya (0:0) və İsveçlə (0:6) oyunlar Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuşun karyerasında yubileylə yadda qalıb.

Futbolinfo.az saytının məlumatına görə, portuqaliyalı mütəxəssis yığmaların “sükanı arxasında” oyun sayını 170-ə çatdırıb.

Santuş Avropa millilərində çalışan mütəxəssislər arasında bunu bacaran 4-cü məşqçi olub. Daha əvvəl yalnız Lars Lagerbek (228 oyun), yığmamızın sabiq çalışdırıcısı Berti Foqts (205) və Yoahim Löv (198) bunu bacarıb.

Santuş 170 matça çatmaq üçün 2010-2014-cü illərdə Yunanıstan, 2014-2022-ci illərdə Portuqaliya, 2023-cü ildə Polşa yığmasını çalışdırıb, bu ildən isə millimizə rəhbərlik edir.

Milli karyerası daha çox qələbələrlə zəngin olan Santuş üçüncü böyükhesablı məğlubiyyət acısını yaşayıb. Buna qədər o, iki dəfə 0:3 hesabına üzülüb.  2014-cü ildə dünya çempionatında Kolumbiya Santuşlu Yunanıstanın qapısından 3 cavabsız top keçirib. 2018-ci ildə isə 70 yaşlı məşqçi Portuqaliya yığmasında olarkən Niderlandla yoldaşlıq görüşündə 0:3 hesabı ilə uduzub.

İsveçlə qarşılaşma isə onun millilərdəki fəaliyyəti dönəmində ən biabırçı yenilgisi olub.

Chosen
13
futbolinfo.az

1Sources