EN

Lentlə yapışdırılan banan əsəri fantastik qiymətə satıldı

İtaliyalı konseptual rəssam Maurisio Kattelanın əsəri - divara lentlə yapışdırılmış banan çərşənbə günü 6,2 milyon dollara satılıb.

Bu barədə "Sotheby's" hərrac evinin "X" sosial şəbəkəsində səhifəsində məlumat verilib.

Əsər Çindən olan kolleksiyaçı, TRON blokçeyn platformasının yaradıcısı Castin San tərəfindən alınıb.

"Mən indicə banan aldığımı elan etməkdən həyəcanlıyam. Bu, adi sənət əsəri deyil. Bu, incəsənət, memlər və kriptovalyuta cəmiyyətini əhatə edən mədəni fenomendir. Mən yaxın günlərdə bananı yeyəcəyəm və bu, unikal bədii təcrübənin bir hissəsi olacaq", - Castin San "X" hesabında yazıb.

"Cebheinfo.az"

Chosen
10
17
cebheinfo.az

10Sources