EN

Müharibədə ilk: Ukrayna ilə savaşa girdilər

Hazırda Rusiyanın Kursk vilayətində Şimali Koreyadan olan 10 900-ə yaxın hərbçi var. Bu hərbçilər Rusiyanın hava-desant bölməsi və dəniz qüvvələrinin tərkibində yerləşdirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Cənubi Koreya parlamentinin Kəşfiyyat Komitəsinin üzvü Li Son Kven məlumat verib.

Onun sözlərinə görə, koreyalı hərbçilərdən bəziləri artıq Ukraynaya qarşı döyüşlərdə iştirak edir.

Cənubi Koreya kəşfiyyatı hazırda Şimali Koreya qüvvələri arasında itkilərin dəqiq sayı və əsir düşənlərin olub-olmadığını müəyyən etməyə çalışır. Hələlik bu iki məsələ ilə bağlı ziddiyyətli məlumatlar var.

Ukrayna Prezidenti Vladimir Zelenski bundan öncə artıq Şimali Koreya qüvvələrinin ilk itkilərini verdiyini açıqlamışdı.

Qeyd edək ki, bu, Şimali Koreya qüvvələrinin 1950-ci illərdən sonra bir xarici ölkə ordusu ilə ilk qarşıdurmasıdır.


Müəllif: Mənsur Rəğbətoğlu
Chosen
14
teleqraf.com

1Sources