EN

Kərkükdə say qalmaqalı: Bir evdə 97 nəfər!

Yazını böyüt
Yazını kiçilt

Noyabrın 20-də İraqın hər yerində başlayan siyahıyaalma qədim türk şəhəri Kərkükdə böyük müzakirələrə səbəb olub. İraq Türkmən Cəbhəsi (İTC) bölgədəki hərəkətliliyə diqqət çəkərək, Kərkükdəki pozuntuların səslərin sayılması prosesinin təhlükəsizliyini təhdid etdiyini bəyanlayıb.

Hafta.az-ın yazdığına görə, evlərdə edilən təsbitlərlə bölgədəki qanun pozuntuları konkretləşdi. Siyahıyaalma qrupları bir evdə 94 kişi və 3 qadınla qarşılaşarkən, başqa bir evdə eyni dam altında 88 qadın və 6 kişinin yaşadığı müəyyən edildi. Bu kimi halların Kərkükün türk kimliyinə və burada yaşayan insanların azad yaşamaq iradəsinə birbaşa təhlükə olduğu diqqətə çatdırılıb.

İraq Türkmən Cəbhəsi pozuntulara görə federal hökuməti məsuliyyət daşıdığını və bu pozuntuların Kərkükün demoqrafik strukturunu dəyişdirmək strategiyası olduğunu bəyan edib. Bəyanatda, "Federal hökumət başda olmaqla bütün əlaqədar tərəfləri siyahıyaalma prosesinə nəzarət etmək üçün sərt tədbirlər görməyə və sahə qruplarını Kərkükə aid olmayan ailələrin qeydiyyata alınmasına hər hansı təzyiqin qarşısını almağa səsləyirik. Kərkükün demoqrafik strukturunu dəyişdirmək cəhdinə biganə qalmayacağımızı vurğulayırıq və pozuntulara görə federal hökumət məsuliyyət daşıyır" deyilir.

Xatırladaq ki, bir neçə gün öncə İTC Kərkük millət vəkili və İraq Parlamenti Türkmənlər Qrupunun sədri Ərşat Salihi PKK terror təşkilatı üzvlərinin yerləşdiyi Mahmur düşərgəsindən Kərkükə çox sayda əhalinin köçürməsinə başlandığını açıqlayıb.

Chosen
22
hafta.az

1Sources