Azərbaycan millisi UEFA Millətlər Liqasının VI turunda İsveçə böyük hesabla uduzub – 0:6.
Keçmiş “Bakı” klubunun icraçı direktoru Yaşar Seyidov “FutbolPress“ə açıqlamasında məğlubiyyətlə bağlı fikirlərini bölüşdü:
“Təsəvvür edin, üzdə olan ən yaxşı oyunçularımızla belə uduzduq. Qarşıdan U-19, U-17-dəki oyunçular gələcək. Onda vapşe biabırçılıq olacaq. Deyirlər ki, Avro-2028 üçün komanda hazırlayırıq. İndi uduza-uduza gedən aşağı yaş qruplarının oyunçuları 2028-dəki heyəti formalaşdıracaq. İndikilər həmin uşaqlara rəhmət oxutduracaq. Bizi belə gələcək gözləyir”.
Şahin Cəfərov