EN

Yaponiya əmək haqlarının və subsidiyaların artırılmasına 141,2 milyard dollar xərcləyəcək

Müəllif:Ayşən İmanova/Banco.az

Yaponiya hökuməti 21,9 trilyon yen (cari məzənnə ilə 141,2 milyard ABŞ dolları) dəyərində iqtisadi stimullaşdırma paketi qəbul etmək niyyətindədir ki, bunun da böyük hissəsi subsidiyalara və əmək haqqının artırılmasına yönəldiləcək.

Banco.az xəbər verir ki, bu barədə ölkənin "NHK" telekanalı məlumat yayıb.

Qeyd edilib ki, yaxın vaxtlarda yeni iqtisadi tədbirlər paketi rəsmi olaraq elan ediləcək. Buraya, xüsusən də, elektrik enerjisi və qaz haqqını ödəmək üçün yerli sakinlərin subsidiyaları daxildir.

Ən sərfəli kredit üçün müraciət et

Chosen
17
banco.az

1Sources