EN

"Barselona"nın "Kamp Nou"ya dönüşü gələn ilə qaldı

"Barselona" 2023-cü ilin yayından bəri təmir olunan "Camp Nou" stadionuna qayıdığı yubanacaq. 

Fanat.Az xəbər verir ki, məlumatı "Mundo Deportivo" yayıb. 

Klub 2024-cü ilin sonuna qədər "yuva"ya qayıtmağa ümid etsə də, lakin geri dönüş tarixi təxirə salınaraq gələn ilə qalıb. "Barselona" hətta yanvarda da "Kamp Nou"ya qayıtmağın mümkün olmadığını bildirib. Bu o deməkdir ki, "Valensiya", "Atalanta" və "Alaves"lə ev matçları kataloniyalıların son 15 ayda matçlarını keçirdiyi "Stadio Olimpiko"da keçiriləcək.

"Barselona" fevralın 16-na planlaşdırılan "Rayo Valyekano" ilə oyun üçün "Kamp Nou"ya qayıtmağa ümid edir. Bununla belə, bu tarix də hələ dəqiq deyil.

Mirağa

Chosen
12
50
fanat.az

10Sources