EN

COP29-da Milli Uyğunlaşma Planı prosesləri çərçivəsində tədbir keçirilib - FOTO

Bakı da keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Təlimat Kitabçasından Reallığa: Qlobal İqlimə Dayanıqlılığı üçün BƏƏ Çərçivəsini məlumatlandırmaq üçün MEL sistemlərinin layihələndirilməsi”mövzusunda tədbir keçirilib.

APA xəbər verir ki, tədbir MUP Qlobal Şəbəkəsi və Beynəlxalq Davamlı İnkişaf İnstitutunun (IISD) təşkilatçılığı ilə keçirilib.

Sessiya milli hökumətlər üçün Milli Uyğunlaşma Planı (MUP) prosesləri çərçivəsində Monitorinq, Qiymətləndirmə və Öyrənmə (MEL) sistemləri üzrə interaktiv, həmkarlar tərəfindən idarə olunan bir təlim keçirməyə həsr olunub. Bundan əlavə, tədbir çərçivəsində MUP Qlobal Şəbəkəsi MEL haqqında Təlimat Kitabçasına (Toolkit) əsaslanan onlayn kursu təqdim edib.

Tədbirdə çıxışı zamanı Beynəlxalq Davamlı İnkişaf İnstitutunun İqlim Dəyişikliklərinə Adaptasiya üzrə Monitorinq, Qiymətləndirmə və Öyrənmə Bölməsinin Rəhbəri Emili Boşam bildirib ki, milli MEL sistemləri kollektiv irəliləyiş və adaptasiya proseslərinin məlumatlandırılmasında mühüm rol oynayır:

“2030-cu ilə qədər isə tərəflərin, yəni ölkələrin, öz milli adaptasiya səyləri üçün monitorinq, qiymətləndirmə və öyrənmə sistemini hazırlaması və fəaliyyətə keçirməsi, sistemi tam şəkildə tətbiq etmək üçün tələb olunan institusional potensialı formalaşdırması nəzərdə tutulur.”

Emili Boşam qeyd edib ki, MUP Qlobal Şəbəkəsi Adaptasiya Komitəsi ilə əməkdaşlıq edərək MUP prosesləri üçün monitorinq, qiymətləndirmə və öyrənmə (MEL) üzrə bir təlimat kitabçası hazırlayıb:

"Bu təlimat kitabçası ölkələrin real vəziyyətini nəzərə alır və qeyd edir ki, ölkələr MUP proseslərinin müxtəlif mərhələlərində MEL sistemləri üzərində işləməyə başlaya bilərlər. MUP prosesi xətti ardıcıllıqla həyata keçirilmir. Hər zaman bir-birinin ardınca addımları izləmirsiniz; çox şey eyni zamanda baş verir. Siz həm planlaşdırma aparır, həm də risk qiymətləndirmələri həyata keçirirsiniz və müxtəlif layihələr və iştirakçılar olur. Buna görə də, biz bölmələr arasında asan və rahat keçidlər təmin edirik ki, oxucular prosesə öz mövcud mərhələlərindən başlaya bilsinlər. Bundan əlavə, ölkələrin müxtəlif potensiallara və resurslara malik olduğunu əks etdirməyə xüsusi diqqət yetiririk. Təlimat Kitabçası, iterativ uyğunlaşma dövrünə uyğun olaraq hazırlanmış və eyni zamanda Qlobal İqlim Dayanıqlılığı üçün BƏƏ Çərçivəsi üzrə son qərarı əks etdirmək məqsədini güdür".

Mirvari Əzizova

COP29-da COP29-da COP29-da COP29-da COP29-da
Chosen
3
4
apa.az

5Sources