Qazaxıstan iqtisadi inkişaf baxımından Mərkəzi Asiyada lider ölkədir.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bunu Macarıstan Prezidenti Tamaş Şuyok dövlət başçısı Kasım-Jomart Tokayevlə görüşündə deyib.
O qeyd edib ki, Qazaxıstanın Avropadakı ilk səfirliyi 30 il əvvəl Budapeştdə açılıb.
Tokayev isə bildirib ki, Macarıstan Qazaxıstanın müstəqilliyini ilk tanıyanlardan biri olub:
"Bunu xüsusi vurğulamaq lazımdır. Mənim bu səfərim göstərir ki, Qazaxıstan və Macarıstan çoxtərəfli əməkdaşlığı daha da dərinləşdirmək niyyətindədirlər".
Prezident ticarət-iqtisadi və investisiya əməkdaşlığının əhatə dairəsinin genişləndirilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, energetika, nəqliyyat-logistika, metallurgiya, bərpa olunan enerji mənbələri, kənd təsərrüfatı, əczaçılıq, qida sənayesi və digər sənaye sahələrinin inkişafında hər iki ölkənin maraqları üst-üstə düşür.
Anar Əliyev