EN

Nüvə müharibəsi: Rusiyanın hədəfindəki ölkələr açıqlandı

Rusiya Prezidenti Vladimir Putin ölkəsi ballistik raketlərlə hücuma məruz qalacağı təqdirdə, nüvə silahı ilə cavaba icazə verən doktrinanı təsdiqləyib. Rusiya bu sənədlə uyğun zəmində nüvə müharibəsinə başlaya biləcəyini rəsmən bəyan edib.

Teleqraf.com xəbər verir ki, Putinin qərarından sonra Rusiya mediasında Ukraynanı silahlandıran Böyük Britaniya və müttəfiqlərinə qarşı təhdidedici materiallar dərc olunmağa başlayıb.

Rusiya dövlət televiziyasında xəbərdarlıq edilib ki, nüvə müharibəsi baş verəcəyi təqdirdə, Kreml Londona “xüsusi diqqət” göstərəcək. Aparıcı nüvə silahının yerləşdirildiyi güman edilən Rusiyanın Kalininqrad anklavından hədəfə alınacaq bir sıra Avropa ölkələrinin adlarını da çəkib.

Latviya, Litva, Estoniya, Çexiya, Rumıniya, Almaniya və Fransanın potensial raket hücumunun ilk hədəfi olacağı bildirilib.

Mirror.co-nun yazdığına görə, aparıcı daha sonra nüvə hücumu zamanı “xüsusi diqqət” yetiriləcək Britaniya ilə bağlı bu açıqlamanı verib:

“Biz ənənəvi düşmənimiz kimi Britaniyaya xüsusi diqqət yetirəcəyik, (Rusiya) Şimal Donanmasının əhəmiyyətli bir hissəsi ona qarşı işləyəcək. Vaşinqton təkcə London yox, həm də Mançester, Birminqem və Şotlandiyanın ən böyük dəniz bazası, kralın nüvə raketlərini “tridentlər” kimi saxladığı Devonport, Klit, Şirness limanı və Kentdəki Çatem gəmiqayırma zavodunu da hücum altına salır”.


Müəllif: Mənsur Rəğbətoğlu
Chosen
6
1
teleqraf.com

2Sources