EN

Qərbin hədəfi tədricən Rusiyanı aqressiv mübarizədən çəkindirməkdir



Qərbin hədəfi tədricən Rusiyanı aqressiv mübarizədən çəkindirmək və islahatlara təşviq etmək idi. Bu Putini tutduğu yanlış yoldan daşındıra bilmədi.
Qərb yenə çox təmkinli davranmaqla prosesi zamana buraxdı. Ukrayna qırılma nöqtəsinə çevrildi. Rusiyanın Ukrayna xalqının iradəsinə məğlubiyyəti Qərbi hədəfinə yaxınlaşdırdı. Rusiya Ukraynaya hərbi müdaxilə edərək separatçılardan saxta dövlətlər qurub, onların müstəqilliyini, Rusiyaya ilhaqını özündə ehtiva edən referendumlar keçirməyə önəm verdi. Krımın ilhaqını da bura əlavə etsək mənzərə tam aydınlaşar. Bütün Beynəlxalq normalar Rusiya tərəfindən gobudluqla pozuldu. Rusiya bu hərəkətləri ilə mütərəqqi dünyanı özünə qarşı səfərbər etdi. Prosesin həlledici mərhələsi başladı. Mütərəqqi dünyadan tədric olunmuş Rusiya və ABŞ başda olmaqla NATO üz-üzə gəlməli oldu. Bu, kifayət qədər zəif salınmış Rusiyanın – Putinizmin sonuna işarə idi.

Zəlimxan Məmmədli
Chosen
9
newscenter.az

1Sources