EN

"Barselona"nın “Kamp Nou” stadionuna dönüşü gecikir

İspaniyanın "Barselona" klubunun “Kamp Nou” stadionuna dönüşü gecikir.

"Report" xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.

Kataloniya təmsilçisi cari ilin sonunda arenaya qayıtmağı planlaşdırsa da, bu, təxirə salınıb. Hətta yanvarda da “Kamp Nou”ya geridönüşün mümkün olmadığı bildirilb.

Bu səbəbdən komanda La Liqada "Valensiya" və "Alaves", Çempionlar Liqasında "Atalanta" ilə ev matçını da 15 aydır oynadığı Olimpiya Stadionunda keçirəcək.

Klub fevralın 16-da "Rayo Valyekano" ilə qarşılaşmanın “Kamp Nou”da olacağına ümid edir.

Chosen
14
1
report.az

2Sources