EN

Əgər su ilə bağlı heç bir tədbir görülməsə, bu, çox mənfi nəticələrə gətirib çıxara bilər - Niderlanddan baxış

Bakı. Trend:

Su ilə bağlı heç bir tədbir görülməsə, bu, 2050-ci ilə qədərqlobal ÜDM-in potensial olaraq 8-15 faiz həcmində itirilməsi kimiiqtisadi baxımdan çox mənfi nəticələrə səbəb ola bilər.

Trend xəbər verir ki, bufikri Niderlandın Xarici İşlər Nazirliyinin Davamlı İnkişaf üzrəsəfiri və İnklüziv Yaşıl İnkişaf üzrə direktoru Vampi Libon COP29çərçivəsində "İqlim üçün su: NDCs və NAPs-da su həllərinininteqrasiyası - biomüxtəliflik, su ehtiyatları və iqliminqarşılıqlı əlaqəsi" mövzusunda keçirilən yüksək səviyyəli dəyirmimasada bildirib.

"Bu ssenarinin qarşısını almaq üçün suyu qlobal ictimai sərvətkimi görməyə başlamalı və ondan daha səmərəli istifadə etməliyik.Bizim fikrimizcə, su iqlim siyasətində mərkəzi mövqe tutmalı və bizbirgə hərəkət etməliyik.

Təxminən 90 faiz ölkə artıq su ilə bağlı adaptasiya tədbirləriniöz milli planlarına daxil edib. Bununla belə, bu öhdəliklərinmaliyyələşdirilməsi problemi hələ də həll olunmamış qalır. Bu,bütün maraqlı tərəflərin kollektiv səylərini tələb edən əsasməsələdir. Şükürlər olsun ki, su məsələlərinə diqqət artır vətərəfdaşlar həll yolları üzərində işləməyə hazırdır.

Niderlandda biz su resurslarının idarə edilməsinin bütünaspektlərini yaxşı başa düşürük və yaranan çağırışlarla necəmübarizə aparacağımızı bilirik. Biz əməkdaşlıq etməyə,bir-birimizdən öyrənməyə və birlikdə işləməyə hazırıq. Bizinvestisiyaların cəlb olunmasına, potensialın inkişafına və bilikmübadiləsinə töhfə verə bilərik, çünki bu, olduqca vacibdir", –deyə V.Libon bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Chosen
56
1
az.trend.az

1Sources