Fransa çempionatının 16-cı turunun "Monako" - PSJ matçı təxirə salınıb.
Fanat.Az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, oyun ölkə Superkuboku ilə əlaqədar təxirə salınıb. Liqa 1-in liderlərinin görüşü dekabrın 18-də baş tutacaq.
Hazırda komandalar Fransa çempionatında 11 tur keçiriblər. Paris nəhəngi 29 xal toplayıb və turnir cədvəlinə başçılıq edir, moneqasklılar isə 23 xalla ikinci yerdədir.
Mirağa