EN

Erdoğan İsrail Prezidentinə Bakıya yol izni verməyib

Türkiyə Prezidenti Recep Tayyip Erdoğan Braziliyada Böyük İyirmilər (G20) zirvəsində jurnalistlərin suallarını cavablandırarkən deyib ki, ölkəsi İsrail Prezidentinin Türkiyə vasitəsi ilə Azərbaycana gəlməsinə izn verməyib.

“İsrail Prezidentinin Azərbaycana COP zirvəsinə getməsi ilə bağlı məsələdə də biz, bizim hava xəttindən istifadə etməsinə icazə vermədik. Daha fərqli sahələr var, daha fərqli imkanlar var, "oralar ilə getsin" dedik və elə də oldu. Amma gedə bildimi, bilmədimi onu bilmirəm. Biz artıq bəzi şeylərdə Türkiyə olaraq mövqeyimizi ortaya qoymağa məcburuq və qoyacağıq", - Recep Tayyip Erdoğan bildirib.

İsrail Prezidenti İsahaq Hersoqun Bakıdakı COP29-a gələcəyi tədbirdən əvvəl elan edilmişdi.

Onun COP29-un yekun toplantısına qatılıb-qatılmayacağı məlum deyil.

Dünyanın ən böyük ölkələrindən ABŞ, Çin, Kanada, Fransa, Almaniya, Hindistan, Braziliya, Cənubi Afrika kimi ölkələrin rəhbərləri və Avropa İttifaqı lideri COP29 tədbirinin Bakıdakı açılışına qatılmayıblar.

Videoya YouTube kanalımızda baxın.

Chosen
38
bbc.com

1Sources