EN

Azərbaycanın dəniz xüsusi təyinatlıları Türkiyədə təlimdə iştirak edirlər FOTO

2024-cü ilin hazırlıq planına əsasən, Azərbaycan və Türkiyənin Hərbi Dəniz Qüvvələrinin sualtı hücum və sualtı müdafiə bölmələri ilə Türkiyədə "SAT-SAS-2024" birgə təlimi keçirilir.

Korrespondent.az bildirir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, Türkiyənin Marmaris şəhərinin Aksaz dəniz bazasında keçirilən birgə təlimdə dəniz xüsusi təyinatlıları hədəf gəmilərinin zəbt edilməsi üzrə tapşırıqları yüksək peşəkarlıqla yerinə yetiriblər.

Məlumata görə, təlimin növbəti günlərində plana əsasən, hər iki ölkənin xüsusi təyinatlı bölmələri quru və dəniz döyüş taktikalarının işlənməsi, helikopterdən enmə üsullarının yerinə yetirilməsi, şərti sahil ərazisinin zəbt edilməsi, partlamamış döyüş sursatlarının və dəniz minalarının axtarışı, eləcə də məhv edilməsi üzrə tapşırıqları icra edəcəklər.

Qeyd edək ki, birgə təlim noyabrın 29-dək davam edəcək.

Chosen
13
48
korrespondent.az

10Sources