EN

Məhkəməsi gedən sabiq hakimə qarşı daha bir iddia - İLGİNC

MəhkəməsiHazırda Gəncə Ağır Cinayətlər Məhkəməsində mühakimə olunan Bərdə Rayon Məhkəməsinin sabiq hakimi Elsun Əhmədov yeni iddia ilə üzləşib.Gununsesi.info-nun əldə etdiyi xəbərə görə, keçmiş hakimi bu dəfə kredit borcuna görə, özəl banklardan biri məhkəməyə verib.Bu iş üzrə proses isə Binəqədi Rayon Məhkəməsində aparılır.Bildirilir ki, Elsun Əhmədov banka olan borcunu uzun zamandır ki, ödəməkdən imtina edibmiş.Xatırladaq ki, Bərdə Rayon Məhkəməsinin hakimi olmuş Elsun Əhmədovun hakimlik fəaliyyətinə bir neçə ay öncə xitam verilib və barəsində həbs-qətimkan tədbiri seçilib.Sonradan məhkəmə onun barəsində alternativ qətimkan təbdiri seçib.Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində aparılan cinayət işinin istintaqından sonra keçmiş hakimə Cinayət Məcəlləsinin 311.3.3 (Külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham elan olunub.İş hazırda Gəncə Ağır Cinayətlər Məhkəməsində araşdırılır.

Chosen
46
yenisoz.az

1Sources