İsrailin Qəzza zolağının şimalına təşkil etdiyi iki ayrı hücum nəticəsində 88 nəfər həyatını itirib. Fələstinin rəsmi WAFA xəbər agentliyinin yaydığı məlumata görə, İsrail döyüş təyyarələri Mesru Beyt Lahiya bölgəsindəki Kemal Advan xəstəxanası ətrafındakı yaşayış məntəqələrini bombalayıb.
İlkin məlumatlara görə, hücumda əksəriyyəti uşaq olmaqla 66 fələstinli həyatını itirib, 100 nəfər yaralanıb.
İsrail ordusunun Qəzzanın şimalında törətdiyi ikinci hücum nəticəsində isə 10-u uşaq, 5-i qadın olmaqla 22 fələstinli həyatını itirib.
Şahidlərin verdiyi məlumata görə, dağıntılar altında hələ də çox sayda insan var. Yerli əhali yalın əlləri və sadə texnikalarla axtarış-xilasetmə əməliyyatları aparmağa çalışır. Axtarış-xilasetmə işlərinə xəstəxana işçiləri də qatılıb.
Xəstəxanadakı məhdud sayda tibb işçisinin olması və İsrailin yeni tibb qruplarının xəstəxanaya daxil olmasına icazə verməməsi səbəbindən yaralılara məhdud şəkildə müdaxilə edilir.