EN

COP29 Su Məsələləri Bəyannaməsi ümumi problemlərin həlli üçün tərəfdaşlığa töhfə verəcək - Muxtar Babayev

Bakı. Trend:

COP29 çərçivəsində su məsələləri və iqlim fəaliyyətləri üzrəBəyannamə ümumi problemlərin həlli üçün dialoq və tərəfdaşlığatöhfə verəcək.

Trend xəbər verir ki, bubarədə COP29-un prezidenti, Azərbaycanın ekologiya və təbiisərvətlər naziri Muxtar Babayev COP29 çərçivəsində "Su Gününün qeydedilməsi: İqlim, təbiət və insanlar üçün xilasedici halqa" adlıyüksək səviyyəli tədbirdə bildirib.

"İqlim dəyişikliyi, biomüxtəlifliyin itirilməsi, çirklənmə vəsəhralaşmanı əhatə edən qarşılıqlı əlaqəli qlobal böhranlamübarizəni davam etdirərkən, su məsələləri qlobal siyasətin bütünaspektlərinə inteqrasiya olunmalı əsas mövzu kimi nəzərdənkeçirilməlidir. Məhz buna görə də bu il COP29 sədrliyiningündəliyində su məsələlərinə iqlim fəaliyyətlərinin əsas faktorukimi xüsusi diqqət ayrılıb.

Biz qəbul edirik ki, su ilə bağlı problemlərin həlli davamlıdiqqət və müxtəlif COP-lar çərçivəsində fəaliyyət tələb edir.COP29-un su məsələləri və iqlim fəaliyyətləri üzrə bəyannaməsi,iqlim stresindən yaranan ümumi problemlərin həlli, su və iqlimsiyasətinin təkmilləşdirilməsi, həmçinin iqlim dəyişikliyinin suehtiyatları və ekosistemlərə təsiri barədə elmi tədqiqatlarıngücləndirilməsi üçün dialoq və tərəfdaşlığa təkan verəcək", – deyəM.Babayev vurğulayıb.

Nazirin sözlərinə görə, su məsələləri və iqlim fəaliyyətləriüzrə Dialoq da işə salınacaq.

"Bu platforma su məsələlərinə davamlı diqqəti təmin edərək,COP-lar arasında əməkdaşlıq mexanizmi rolunu oynayacaq. O, su,iqlim dəyişikliyi, biomüxtəlifliyin itirilməsi, çirklənmə vəsəhralaşma arasındakı əlaqələri araşdıracaq və beynəlxalq vəregional səviyyədə fəaliyyətlərə xüsusi diqqət yetirəcək", – deyəM.Babayev əlavə edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Chosen
18
2
az.trend.az

2Sources