EN

“Şərq qapısı” qəzetinin 103 yaşı qeyd edilib

Noyabrın 21-də Naxçıvan Muxtar Respublikasında “Şərq qapısı” qəzeti rəsmi statusla 103 yaşı qeyd edilib.

APA-nın yerli bürosu xəbər verir ki, bu münasibətlə qəzetin kollektivi Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərində yerləşən abidəsini ziyarət edib.

Sonra Heydər Əliyev Muzeyində “Şərq qapısı” qəzetinin müxtəlif tarixi dövrlərə aid nömrələri ilə tanışlıq olub. Qeyd edilib ki, dahi şəxsiyyətin 1990-1993-cü illərdə Naxçıvanda Ali Məclisin Sədri kimi verdiyi tarixi fərman və sərəncamlar, qərarlar ilk dəfə məhz bu mətbuat orqanında işıq üzü görüb. Ümummilli Lider Heydər Əliyev qəzetin fəaliyyətini yüksək qiymətləndirib, Moskvadan Naxçıvana qayıtdıqdan sonra “Şərq qapısı”na verdiyi müsahibədə “Mən “Şərq qapısı” qəzetinin təsiri altında tərbiyələnmişəm. Hələ gənc ikən burada orta məktəbdə, pedaqoji texnikumda oxuyanda müxtəlif məsələləri öyrənmək üçün “Şərq qapısı”ndan çox istifadə etmişəm. O vaxtdan nüfuzlu qəzet kimi hafizəmdə qalıb” fikirlərini səsləndirib.

Qəzet bütün dövrlərdə muxtar respublikada ictimai-siyasi həyatın, elm, təhsil, maarifçilik, ədəbiyyat sahələrində gedən inkişaf proseslərini işıqlandırıb.

Vurğulanıb ki, “Şərq qapısı” qəzeti bu gün tarixində ilk dəfə olaraq yaranmasının ildönümünü rəsmi statusla qeyd edir. Belə ki, cari il may ayının 1-də Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin “Şərq qapısı” qəzetinin təsisçisi statusunun qanunvericilikdə təsbit edilməsi və qəzetin fəaliyyətinin təmin olunmasının hüquqi əsasının yaradılması ilə əlaqədar hazırlanan “Media haqqında” qanuna dəyişikliyi təsdiqləyib.

Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq avqustun 15-də isə mətbuat orqanının əməkdaşlarının əməkhaqları artırılıb. Yaxın gələcəkdə qəzetin maddi-texniki təminatının yaxşılaşdırılması üçün də işlər həyata keçiriləcək.

“Şərq “Şərq “Şərq “Şərq
Chosen
12
1
apa.az

2Sources