EN

İxtisası olmayan şəxslərin çəkisi çoxdur - Nazir

Azərbaycanın əmək bazarında formal ixtisası olmayan şəxslərin çəkisi çoxdur.

Ölkə.Az xəbər verir ki, bunu Milli Məclisin komitələrində 2025-ci il büdcəsinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir qeyd edib ki, Qarabağa və Şərqi Zəngəzura qayıdan şəxslərin arasında da ixtisaslı şəxslərin azlığı özünü açıq büruzə verir:

“Məktəb bitirən şəxslərin 40 faizi ali məktəblərə daxil olurdu, lakin peşə hazırlığı çox aşağı səviyyədə idi. Hazırda Elm və Təhsil Nazirliyi ilə birlikdə icra etdiyimiz proqram çərçivəsində ciddi şəkildə peşə məktəblərinin və texnikumların sayının artırılması üzərində işləyirik. Məqsəd 2030-cu ilədək məktəbi bitirən bütün şagirdlər müxtəlif ixtisaslara yiyələnəcəklər. İxtisaslara yiyələnmək eyni zamanda indiyədək ixtisası olmayan digər şəxsləri də əhatə etməsini nəzərdə tutur”. 

Mürtəza
Ölkə.Az

Chosen
13
7
olke.az

10Sources