EN

Analitik: Ermənistan ordusu İsveçrə modelinə keçir

“Sülh müqaviləsinin işlənib hazırlanması və müzakirə olunduğu barədə söhbətlərin reallıqla heç bir əlaqəsi yoxdur”. Tribunainfo.az xəbər verir ki, bunu ekspert Benik Harutyunyan deyib.
O bildirib ki, Azərbaycan sərhədyanı ərazilərdə o yerləri götürüb ki, onların hamısı strateji yüksəkliklərdir. “Bu gün Azərbaycan Ordusu Ermənistanın əsas yüksəkliklərinə sahibdir. Onlar istədikləri zaman Ermənistan üzük qaşı kimi əhatəyə alıb, istədiklərini edə bilərlər. İrəvanda oturanlar isə hələ də anlamırlar ki, Bakı Qarabağda necə hərəkət edirdisə, Ermənistanla da ö cür davranır. Yəni, hissə-hissə almağa başlayıb və birdən toplu şəkildə götürəcək”.
Harutyunyan hesab edir ki, Ermənistan ölkə olaraq qalacaq. “Lakin onu Azərbaycan Türkiyə vasitəsi ilə idarə edəcək”.
Erməni ekspert Ermənistan ordusunun demilitarizasiyasının da razılaşdırıldığını iddia edib. O deyib ki, bu proses yaxınlarda həyata keçiriləcək. “Paşinyan artıq bunun anonsunu da verib. Parlamentdə çıxışı zamanı açıq şəkildə bildirdi ki, ordu nəyə lazımdır. Onlar Kazanda bu məsələdə razılaşıblar”.
Harutyunyanın sözlərinə görə, Ermənistan ətrafında cərəyan edən proseslər bimək üzrədir. “Əvvəlcə Qarabağ məsələsini həll etdilər. İndi də növbə Ermənistanındır. Belə davam eləsə yaxın zamanlarda bunu da görəcəyik”.

Chosen
12
tribunainfo.az

1Sources