Çağırıldığı evlərdən birinə təmir üçün gedən santexnik ustası sərvət tapıb.
Referans.az" target="_blank">Referans.az- ın məlumatına görə Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, hadisə Avstriyanın Vyana şəhərinin Penzinq rayonunda baş verib.
Usta iş görərkən evdə boruların arasına basdırılmış qutuda 2 milyon avro (təx. 3 milyon 600 min manat) dəyərində qızıl tapıb.
İçərisində 30 kq-lıq qızıl sikkələr olan qutu evin zirzəmisində aşkarlanıb.
Qızıl sikkələrin İkinci Dünya Müharibəsi zamanı basdırıldığı təxmin edilir.
Ölkə qanunlarına görə, pullar mülk sahibi ilə onu tapan şəxs arasında bərabər bölünüb.