EN

Qəzzada qurbanların əksəriyyəti uşaqlardır - Avropa İttifaqı

Bakı, TurkicWorld

Fələstində, xüsusilə Qəzzada yaşananlar, qurbanların əksəriyyətinin uşaqlar olması faciəvi bir mənzərədir.

TurkicWorld xəbər verir ki, Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell, Qəzzada yaşanan vəziyyəti "faciə" adlandıraraq, qurbanların əksəriyyətinin uşaqlar olduğunu vurğulayıb.

Borrell, İsrailin Qəzzaya hücumlarını tənqid edərək, beynəlxalq insan haqlarının açıq şəkildə pozulduğunu , bunu "uşaqlara və onların gələcəyinə qarşı müharibə" kimi xarakterizə edib.

Ali Nümayəndə, sülhün təmin olunması üçün qeyri-qanuni işğalların dayandırılması, qırğınların qarşısının alınması, günahsız insanlara qarşı aclıq siyasətinin sona çatdırılması,hərtərəfli və qərəzsiz araşdırmaların aparılmasının vacibliyini də qeyd edib.

O, həmçinin getdikcə daha çox qütbləşən dünyada separatizmlə mübarizə aparmağa və xalqlar arasında anlaşma körpüləri qurmağa çağırıb.

Chosen
15
turkic.world

1Sources