EN

Ermənistan ABŞ-ın Bakıdakı səfirinin açıqlamasını təkzib edib

Hurriyyet.az xəbər verir ki, Ermənistan ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbinin açıqlamasını təkzib edib. Libbi İrəvan ilə Bakının çayların su ehtiyatlarının kompleks idarə sxemi üzərində işlədiklərini bəyan etmişdi.

Ermənistanın Xarici İşlər Nazirliyinin "Sputnik Ermənistan" informasiya agentliyinin bu məsələ ilə bağlı sualının cavabında deyilir: "Transsərhəd su ehtiyatlarının idarəsi ilə bağlı Ermənistanla Azərbaycan arasında rəsmi əməkdaşlıq mövcud deyil".

Nazirlik əməkdaşları bu mövzuda təmasların yalnız iki ölkənin ictimai təşkilatları səviyyəsində olduğunu bildiriblər.

Hürr Tərcüman

Chosen
19
hurriyyet.az

1Sources